Müqəddəs Ramazan ayının təqvimi açıqlandı (CƏDVƏL)
- 04.06.2015, 23:27,
- Cəmiyyət / Vacib / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının müqəddəs Ramazan ayının başlaması ilə bağlı iclası keçirilib. İclasda hicri təqvimi ilə 1436, miladi təqvimi ilə 2015-ci ildə müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.
Trend xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan QMİ fətva verib ki, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. İyunun 17-si orucluğun niyyət gecəsidir. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.