Balakən kərpic zavodunda qətl törədilib
- 05.06.2015, 00:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Balakən kərpic zavodunun ərazisində baş verib. Balakən kərpic zavodunda işləyən fəhlələr 1978-ci il təvəllüdlü Balakən şəhər sakini Anar Ramazan oğlu Həmzətov və rayonun Gərəkli kənd sakini Anar Məhəmməd oğlu Ömərov aralarında şəxsi münaqişə zəminində mübahisə yaranıb. Münaqişə zamanı Anar Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətova sol döş qəfəsi nahiyəsinə bir bıçaq zərbəsi endirib. Ağır vəziyyətdə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılan Anar Həmzətov yolda aldığı ağır bıçaq xəsarətindən keçinib. Anar Həmzətovun iki azyaşlı övladı olduğu bildirilir.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Hadisəni törədən Anar Ömərov əvvəl CM-nin 226.1 maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) məhkumluq həyatı yaşayıb. Hadisəni törədəndən sonra Anar Ömərov hadisə yerindən qaçıb Balakən Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Ömərov tutularaq istintaqa təhvil verilib.