Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səfər edən vətəndaşlara müraciət edib
- 05.06.2015, 12:07,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
[ 05 İyun 2015 11:35 ]
Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səfər edən vətəndaşlara müraciət edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Bununla əlaqədar, nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Nazirlik turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problem yaranarsa (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət etməyi tövsiyə edir.