İki məşhur rəqs qrupu Heydər Əliyev Sarayında konsert verəcək

İki məşhur rəqs qrupu Heydər Əliyev Sarayında konsert verəcək Heydər Əliyev Sarayında növbəti konsert proqramları iyunun 22-si və 26-da olacaq.


Live.az xəbər verir ki, bu dəfə sarayın səhnəsində iki məşhur rəqs qrupu çıxış edəcək.


İyunun 22-də Alla Duxovanın rəhbərlik etdiyi "Todes" Baleti "Attention" adlı konsert proqramı ilə Bakının qonağı olacaq.


İkinci konsert isə "RHYTHM of the DANCE" qrupunun ifasında olacaq. "Back to our İrish Roots" (İrland köklərimizə qayıdış) adlı konsertdə rəqs qrupu maraqlı proqramla çıxış edəcək.


Hər iki konsertin biletləri 10-50 manatdan satışa çıxarılıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri