Bakıda sərnişin avtobusu ilə “Shacman” toqquşub, iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb
- 07.06.2015, 12:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
APA-nın məlumatına görə, 214 saylı xətt marşrutu ilə işləyən sərnişin avtobusu ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.
Avtobusda sıxılmış vəziyyətdə qalmış bir neçə sərnişin avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis, FHN və təcili tibbi yardım əməkdaşları cəlb olunub.