Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu
- 07.06.2015, 13:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.
Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb.
“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.
Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir.
Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.