Azərbaycanda xanım bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxs tutulub

Abşeronda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan şəxs onu və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri