MOK prezidenti İlham Əliyev I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar təyin edib

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

- ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

- üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.
Şərhlər