Ən bahalı futbol brendi
- 10.06.2015, 00:19,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İngiltərənin "Mançester Yunayted" komandası dünya futbolunda ən bahalı brendə çevrilib.
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, Münhen "Bavariya"sını qabaqlayan "Mançester Yunayted"in brend dəyəri 1,2 milyard dollardır.
Ötən il bu rəqəm 739 milyon dollar təşkil edib. Bahalı brend meyarı klubların dünya üzrə fanatlarının sayı və sərfəli reklam müqavilələrinə görə müəyyənləşdirilir.
Bu il bahalı brend 10-luğuna İngiltərənin 6 klubu daxil olub.