"Fitch": Aktivlərin satılmasından sonra "Azərenerji" inhisarçı mövqeyini qoruyacaq
- 10.06.2015, 12:45,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan hökumətinin müvafiq qərarı ilə hazırda "Azərenerji" ASC-nin aktivlərinin "Azərişıq" ASC-yə satılması prosesi gedir.
Bu barədə APA-ya "Fitch" beynəlxalq reytinq agentliyindən məlumat verilib.
"Buna qədər "Azərenerji" bazarın 55%-ə, "Bakıelektrikşəbəkə" (hazırda "Azərişıq") isə Bakı ərazisinə nəzarət edirdi. Aktivlərin satılmasından sonra ölkə ərazisində elektrik enerjisinin generasiyası və bölüşdürülməsinin idarə olunmasına və modernləşdirilməsinə "Azərenerji" nəzarət edəcək. Ölkə üzrə elektrik enerjisinin paylanmasına isə "Azərişıq" nəzarət edəcək. Hesab edirik ki, aktivlərin satılması prosesi başa çatdıqdan sonra "Azərenerji" daxili bazarda əsas inhisarçı mövqeyini qoruyacaq. Bu dəyişikliklər "Azərenerji"nin müstəqil kreditləşmə qabiliyyətinə təsir edir. Satılan aktivlər kifayət qədər böyük amortizasiyaya sahib idi və böyük həcmdə maliyyələşmə tələb edir (2015-17-ci illər üçün 1,9 mlrd. manat). Aktivlərin satılmasından sonra tariflərin strukturu ilə bağlı vəziyyət də qeyri-müəyyəndir", - deyə agentliyin analitikləri qeyd edir.