Azərbaycan ilk qızıl medalını qazanıb

“Kristal Zal”da təşkil edilən ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə keçirilən çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunub.

60 kq çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə yarışıb və 4:0 qalib gəlib.
Şərhlər
İdman bölməsinin xəbərləri