Azərbaycan Avropa Oyunlarında növbəti qızıl medal qazanıb
- 15.06.2015, 22:29,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının üzvü Mariya Stadnik qızıl medal qazanıb.
APA-nın məlumatına görə, dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə qarşılaşıb.
M. Stadnik yenə çətinlik çəkmədən xalçadan qalib ayrılıb.
***
Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri Mariya Stadnik finala vəsiqə qazanıb.
APA-nın verdiyi məlumata görə, təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb.
Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta Dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib.
Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü sınayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.