Kremlin mətbuat katibi: “Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə olunub”

Rusiya və Azərbaycan prezidentlərinin şənbə günü keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunulub.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Vladimir Putinlə İlham Əliyev arasında keçirilən görüşdə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunub: “Bu münasibətlər çoxvektorlu, çoxistiqamətlidir. Bizim münasibətlərin ölçüləri çox detallı müzakirə olundu. Qarabağ mövzusuna da toxunuldu”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri