Bakıda Putin-Ərdoğan görüşündəki gərginliyə sərt reaksiya
- 15.06.2015, 23:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 23-də Rusiya və Türkiyə prezidentlərinin Bakıda keçirilən görüşü ilə bağlı yayılan xəbərlərə münasibət bildirilir.
ANS-in məlumatına görə, Türkiyə hökumətindəki mənbə "Anadolu" agentliyinə bildirib ki, iyunun 13-də prezidentlərin görüşü zamanı heç bir problem olmayıb.
"Bakıda Ərdoğan-Putin görüşü ilə bağlı Rusiya qəzetlərindən birində yer alan xəbər sadəcə bir təfəkkürün məhsuludur. İddiaya görə, görüşdən əvvəl gərginlik yaşanıb. Bütün bunlar əsassızdır", deyə mənbə bildirib.
Məsələ ilə bağlı rusiya tərəfi də açıqlama verib. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Bakıda Putinlə Ərdoğanın görüşü konstruktiv keçib. Onun sözlərinə görə, görəş zamaanı heç bir gərginlik yaşanmayıb.
Qeyd edək ki, Rusiya mətbuatı iddia edirdi ki, iyunun 13-də Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Putin Ərdoğanı bir müddət gözlətməli olub və bu, kiçik protokol böhranına səbəb olub.