BRICS ölkələri SWIFT-in analoqunu yaradır

BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) SWIFT ödəniş sisteminin oxşarının yaratmaqla bağlı məsləhətləşmələrə başlayıb.

APA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Əsas məqsədimiz bizə böyük həcmdə müstəqillik verən sistemin yaradılmasıdır. Sistem bu sahədə əsassız qərarlardan yaranan riskləri minimuma endirmək üçün yaradılır”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, hazırda layihənin reallaşdırılması ilkin mərhələdədir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri