Ramazan bayramında Azərbaycanda 2 gün iş olmayacaq

Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq.

Qeyd edək ki, Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və builki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə - 18 iyuna təsadüf edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri