Sergey Narışkin: "Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur"
- 19.06.2015, 17:59,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur".
APA-nın verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin keçmiş maliyyə naziri Aleksey Kudrinin növbədənkənar prezident seçkiləri ilə bağlı təklifini şərh edərkən bildirib.
"Növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur və bunu məqsədəuyğun hesab etmirəm", - deyə o vurğulayıb.
Rusiya parlamentinin aşağı palatası sədrinin sözlərinə görə, Dövlət Dumasına seçkilər vaxtından 3 ay əvvəl keçirilib və bu prinsipial məqam deyil: “Demək olar ki, bu texniki qərardır. Prezident seçkiləri üçün isə bu sadəcə olaraq arqument deyil”.
Qeyd edək ki, Dumada iyunun 19-da keçirİləcək plenar iclasda ilk oxunuşda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsinə baxılacaq.