Patrik Hikki: "Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var"
- 21.06.2015, 15:14,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Avropa Oyunlarını 2019-cu ildə keçirmək üçün Niderlandı əvəzləmək istəyən 7 namizəd ölkə var".
APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb: "Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".
P. Hikki əlavə edib ki, ümumilikdə, "Bakı-2015" I Avropa Oyunlarından çox razıdır.