Hindistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 90-a çatıb

Hindistanın Mumbay şəhərində surroqat alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Mumbay şəhər administrasiyasının rəsmisi Canacay Kulkarni bildirib.

“Zəhərlənmə nəticəsində 90 nəfər ölüb, daha 40 nəfər xəstəxanalarda müalicə alır. 10 nəfərin vəziyyətini həkimlər ağır kimi qiymətləndirir”, deyə C.Kulkari bildirib.

İlk zəhərlənənlər iyunun 18-də xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, Mumbayda keyfiyyətsiz içkilərdən kütləvi zəhərlənmə halları tez tez baş verir. 2004-cü ildə burada surroqat alkoqol 89 nəfərin həyatına son qoymuşdu.
Şərhlər
Dünya bölməsinin xəbərləri