ŞOK: İki azyaşlının başını anası kəsib (Rəsmi açıqlama)

ŞOK: İki azyaşlının başını anası kəsib (Rəsmi açıqlama) Gəncədə iki azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib:

"Bu gün bəzi xəbər saytları aidiyyatı dövlət orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan dünən baş vermiş bir cinayət barədə təhrif olunmuş xəbərlər yayıblar. Guya, iki nəfər maskalı şəxs Gəncə şəhər sakini olan bir nəfərin yaşadığı mənzilə pəncərədən daxil olaraq onun iki azyaşlı oğlanlarınin başlarını kəsiblər.

Törədilmiş ağir cinayət barədə belə yanlış və tükürpədici ehtimallar əsasında tez-tələsik xəbər hazırlayaraq onu ictimailəşdirmək, sözsüz ki, vətəndaşlar arasında əsassız narahatlığa səbəb olur. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, bəli, iyunun 20-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilmiş və o şübhəli şəxs qismində saxlanılıb. Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Şərhlər
Sosial bölməsinin xəbərləri