Azərbaycan klublarının Avropa Liqasında rəqibləri məlum olub
- 22.06.2015, 18:45,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın 3 təmsilçisinin mübarizəyə qatılacağı I təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Bu raundda mübarizə aparacaq 102 komanda 51 cüt təşkil edib. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” Albaniyanın “Laçi” klubu ilə görüşəcək. Bakılılar ilk matçı Albaniyada keçirəcək.
Çempionatımızın bürünc mükafatçısı “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşəcək. Təmsilçimiz Tiflis klubu ilə ilk görüşü səfərdə, cavab oyununu evdə keçirəcək.
Paytaxt təmsilçisi “Neftçi”nin bəxtinə Monteqro “Mladost”u düşüb. “Ağ-qaralar”da ilk matçı rəqib meydanında keçirməlidi. Lakin hər üç komandamızın ev oyunu – eyni günə təsadüf etdiyindən matçlardan birinin, hətta ikisinin yeri və vaxtı dəyişdirilə bilər.
Avropa Liqası, I təsnifat mərhələsi
(2 iyul/9 iyul)
“Dinamo” (Tiflis, Gürcüstan) - “Qəbələ” (Azərbaycan)
“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)
“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)