Mahaçqalanın meri saxlanılıb

Rusiyanın İstintaq Komitəsinin əməkdaşının qətlinin təşkilində şübhəli bilinən Mahaçqalanın meri Səid Əmirov saxlanılıb. Bu barədə Trend şənbə günü Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən məlumat verir.

Bundan əvvəl Əmirovun saxlanılması haqqında RİA Novosti agentliyi xəbər verib.

" 2011-ci ilin dekabrında Mahaçqala şəhərinin Sovet rayonu üzrə Rusiyanın İK-nin istintaq şöbəsinin rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Arsen Hacıbəyovun qətlinin təşkili faktı üzrə mayın otuz birində Mahaçqala şəhərinin meri Səid Caparoviç Əmirov barəsində cinayət işi qaldırılıb", - Markin bildirib.

Onun sözlərinə görə, merlə birlikdə 10 yaxın onunla əlbir olan şəxs saxlanılıb.

Müstəntiqlər saxlanılanları digər cinayətlərin törədilməsində iştiraklarını yoxlayırlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri