Fransanın xarici işlər naziri "Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu" filminə münasibət bildirdi
- 23.06.2015, 00:29,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın xarici işlər naziri “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” filminə münasibət bildirib.
Azərbaycanın Fransadakı səfirliyindən Trend-ə verilən məlumata görə, fransız rejissor Lui Vodvilin İkinci Dünya müharibəsinə həsr edilmiş “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi bu ilin may ayında “National Geografic Channel” TV-də yayılmazdan əvvəl səfirlik filmin daha geniş tamaşaçı kütləsi tərəfindən izlənməsi məqsədilə müvafiq təbliğat işi aparıb, Fransa ictimaiyyətini məlumatlandırıb və dövlət qurumlarına filmin DVD versiyasını göndərib.
Fransanın xarici işlər naziri Loran Fabius buna cavab olaraq, səfirliyə ünvanlandığı məktubunda “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin DVD-sinin ona göndərilməsi üçün təşəkkürünü ifadə edib.
O, məktubunda bu il nasizm üzərində Müttəfiqlərin qələbəsinin 70 illik yubileyi ilə əlaqədar olaraq, İkinci Dünya müharibəsinin ayrı-ayrı epizodlarının daha yaxşı tanıdılması üçün tarixçilərin arxivlərdə axtarışlarını davam etdirməsinin vacib olduğunu qeyd edib.
L.Fabius bu sənədli filmin Heydər Əliyev Fondunun sifarişi ilə fransız prodüser qrupu tərəfindən çəkilməsindən məmnunluğunu ifadə edib və bunun Fransa və Azərbaycan arasında audiovizual sahə də daxil olmaqla bütün sahələrdə əlaqələrin inkişafının konkret sübutu olduğunu bildirib.