Balakəndə avtomobillə vurulan 3 yaşlı oğlan ölüb
- 23.06.2015, 10:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Balakən rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından APA-nın məlumatına görə, hadisə iyunun 22-də axşam saatlarında rayonun Qazma kəndi ərazisində qeydə alınıb. Qazma kənd sakini, 1985-ci il təvəllüdlü Sənan Rəfael oğlu Hətəmov idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 901 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, yaşadığı evin həyət qapısını qəfildən açaraq küçəyə çıxan 2012-ci il təvəllüdlü Rəşid Famil oğlu Əliyevi vurub. 3 yaşlı Rəşid Əliyev Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.