Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.

APA-nın verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.


***

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti - əsas yolda Bağırov körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri