"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə daha bir üzv seçilib
- 23.06.2015, 14:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha üzv seçilib.
APA-nin xəbərinə görə, Vüqar Rəfiyev İdarə Heyətinin üzvü seçilib.
Eyni zamanda, V. Rəfiyev büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini tutur.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsinə Avni Demirci gətirilib.
A. Demirci bundan öncə "Ziraat Bank (Moskva)" QSC-nın Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Onun müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin olunub. A. Sarığöl bundan əvvəl “Azər-Türk Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.
Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.