Azərbaycan prezidenti: “Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir ”
- 25.06.2015, 18:57,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, dünya ictimaiyyəti buna laqeyd münasibət bəsləyir, 20 il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir”.
APA-nın məlumatına görə, bunu bu gün Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu, dövlətimiz və xalqımıza qarşı böyük ədalətsizlikdir: “Əminəm ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir, Azərbaycan öz yolu ilə gedir, xalqımız öz taleyinin sahibidir”.
Təmas xəttindəki vəziyyətdən danışan prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu təmas xəttində də tam üstünlük əldə edib: “Müstəqillik bizim ən böyük sərvətimizdir. Bütün uğurlarımızın əsasında məhz bu amil dayanır. Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir, biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır”.