Fransadan ABŞ-a qarşı yeni qanun

Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin Fransa prezidenti Fransua Olland və bu ölkənin sabiq dövlət başçılarını gizli şəkildə dinləməsi Fransa parlamentini kəşfiyyat təqbiləri ilə əlaqədar mübahisəli qanun layihəsini qəbul etməyə vadar edib.

ANS TV-nin məlumatına görə, “Şarli Ebdo” qəzeti redaksiyasının terror hücumuna məruz qalmasından sonra təklif edilən qanun layihəsində polisin məhkəmə icazəsi olmadan şübhəli şəxslərin izinə düşməsi üçün gizli dinləmə cihazlarından və gps (cipies) ötürücülü mikroçiplərdən istifadə etməsi nəzərdə tutulur. Polis, eyni zamanda şübhəli şəxslərin internetdə kiminlə yazışdıqlarını da qeydiyyata alacaq. Lakin ismarışların oxunması nəzərdə tutulmur.

Qeyd edək ki, bir qədər əvvəl Vikiliks saytı ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransada cəsusluq fəaliyyətinə dair ifşaedici məqalə dərc etmişdi. ABŞ prezidenti Barak Obama telefon əlaqəsi vasitəsi fransalı həmkarı Fransua Ollanda bildirib ki, o tərəfdaş ölkələrdə cəsusluq fəaliyyətinin qarşısını almaq üçün qətiyyətli şəkildə addımlar atacaq.


Şərhlər
Dünya bölməsinin xəbərləri