Prezident Xəzərin ən böyük hərbi bazasında
- 25.06.2015, 22:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub.
ANS-in məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev açılışda iştirak edib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Bildirilib ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılıb.