ABŞ-da polis əməldaşları daha bir qaradərili şəxsi qətlə yetirib

ABŞ-da məişət zəminində ailələrin birində baş vermiş münaqişə ilə əlaqədar hadisə yerinə çağırılmış polis əməkdaşları qaradərili silahsız vətəndaşı qətlə yetiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, asayiş keşikçilərinin budəfəki qurbanı 41 yaşlı Spenser Li Makkeyn olub.

Məlumata görə, insident iyunun 25-də səhər saatlarında Baltimor şəhərinin ətrafındakı evlərin birində baş verib. Ailə zorakılığı ilə bağlı çağırılan polis əməkdaşları mənzilə daxil olub və “müdafiə mövqeyi”nə keçən silahsız ev sahibini gülləbaran ediblər.

Makkeyni qətlə yetirən hər üç polis əməkdaşı istintaq başa çatanadək məzuniyyətə göndərilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri