Könül Nurullayeva: “Hələlik növbəti Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət etmək barədə danışmaq tezdir”

Azərbaycan 2016-cı və 2020-ci illərdə Olimpiya Oyunlarını keçirmək üçün müraciət etmişdi. Lakin alınmadı. Səbəb irimiqyaslı multiyarışların keçirilmәsi üçün tәcrübәnin olmaması idi”. APA-nın məlumatına görə, bu sözləri Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

K. Nurullayeva bildirib ki, artıq Azərbaycan Avropa Oyunlarını keçirərək lazımi təcrübə toplayıb: “Hər kəs Azərbaycandan razı dönür. Әminәm ki, bağlanış mәrasimi ilә hamını heyrәtlәndirәcәyik. Hələ ki növbəti Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət haqqında danışmaq tezdir. Ümid edirәm ki, biz mәsәlә ilә bağlı mövqeyimizi bildirәcәyik”.
Şərhlər
İdman bölməsinin xəbərləri