Avropa Oyunlarının bağlanış mərasimində İspaniyada hazırlanmış fişənglərdən istifadə olunacaq

I Avropa Oyunlarının bağlanış mərasimi zamanı istifadə olunacaq fişənglər İspaniyanın “Ricasa” şirkəti tərəfindən hazırlanıb.

APA-nın məlumatına görə, bu haqda İspaniyanın RTVE telekanalı məlumat yayıb.

Fişənglərin hazırlandığı zavod Valensiya yaxınlığındakı Olokau şəhərində yerləşir. Şirkətdən bildiriblər ki, Azərbayacana göndərilmiş 20 min fişəngdən stadionun həm daxilində, həm də ətrafında istifadə olunacaq. “Hazırladığımız məhsulları belə tədbirlərdə görmək bizi qürurlandırır. Ümid edirik ki, həm stadionda olan tamaşaçılar, həm də televiziya tamaşaçıları atəşfəşanlıqdan razı qalacaqlar”,- deyə şirkətin rəhbəri Riakardo Kaballer bildirib.


Şirkətdən verilən məlumatda o da bildirilir ki, “Ricasa” fişənglərindən Verakruzda keçirilən Mərkəzi Amerika və Karib hövzəsi dövlətlərinin birinciliyində, Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında, Sidney Olimpiadasının bağlanışında, eləcə də Braziliya və Meksikada keçirilən Panamerikan oyunlarında istifadə olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri