Bakı 2015-in Bağlanış Mərasimi ilk Avropa Oyunlarının heyrətamiz uğuruna imza atan 6000 idmançı və 12 500 könüllü üçün öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov dünən bildirib: “Biz Bakıda tarix yazdıq və mən əminəm ki, Bağlanış Mərasimi idman tarixinin bir hissəsini yaratmaq üçün Azərbaycana gələn idmançıların yaddaşlarında silinməz iz qoyacaq”.
Bağlanış Mərasimi, 12 iyun tarixində baş tutan Açılış Mərasimi kimi Azərbaycanın əsas mədəniyyət və irs nümunələrini özündə əks etdirməklə cənab Azad Rəhimov və Mərasimlər üzrə direktor Katerin Uqvunun rəhbərliyi ilə Ceyms Hadley tərəfindən idarə olunacaq.
Təntənəli Avropa Oyunlarında sonuncu dəfə idmançılar səhnədə toplaşacaq və onların ailələri, məşqçiləri, xüsusi Alovqoruyanlar, eləcə də Avropa Oyunlarını dəstəkləyən kommersiya partnyorları, yayım şirkətləri, media, Azərbaycan və xüsusilə Bakı əhalisi ilə birlikdə bayram şənliyinə qoşulacaqlar.
Cənab Azad Rəhimov daha sonra qeyd edib: “Alovqoruyanlara xüsusi minnətdarlığımızı bildiririk və onların Avropa Oyunlarına verdikləri töhfələri xüsusilə qeyd etməliyik. Avropa Oyunlarından öncə Azərbaycanda könüllülük ənənəsi yox idi, lakin Alovqoruyanlar yorulmadan çalışmaqla yanaşı, bütün qonaqlara Azərbaycan qonaqpərvərliyini də nümayiş etdirdilər”.
Möhtəşəm Bağlanış Mərasimi "Five Currents" şirkətinin köməyi ilə əsaslı şəkildə planlaşdırlıb. Bu mərasim Azərbaycan və 17 ölkəni təmsil edəcək 1600 könüllünün çıxışını nümayiş etdirəcək.
Mərasimlə bağlı digər əsas statistik göstəricilər:
• Olimpiya Stadionunun inşa edilməsinə 20,5 milyon saatdan çox əmək sərf olunub
• 10 000 pirotexniki vasitə
• Mərasimin pirotexniki vasitələri üçün sahədə 5000 saat hazırlıq
• Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib
• Stadionda 7,5 ton ağırlıq tutumuna malik 250 metrlik hava xətti
• Üç mərhələdə istifadə olunan 450 m2-lik LED döşəmə plitələri
• Mərasimin təşkil edilməsi üçün 20 ölkədən yüklə dolu 500-dən çox yük maşını və 100 ton həcmində hava yolu ilə gətirilmiş yük
• 800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
• 2000-dən çox işıqlandırma qurğusu
• İfaçılar və çəkiliş heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumlyator
• Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib.
Bağlanış Mərasimi 68 000 tamaşaçı qarşısında və bütün dünyada 800 milyondan artıq insanın izləməsi üçün televiziyada yayımlanaraq yeni tikilmiş Olimpiya Stadionunda baş tutacaq.