Özünü düzgün qidalanmağa öyrəşdirmək tədricən lazımdır
- 02.06.2013, 19:47,
- Maraqlı
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mütəxəssis-diyetoloqların fikrincə, sağlam qidalanma günü - öz orqanizminizi düzgün qidalanmağa öyrəşdirmək üçün yaxşı səbəbdir, lakin bunu bir gün ərzində etmək yox, tədricən rejimə riayət etməyə alışaraq, şirniyyatdan və yağlı yeməklərdən imtina etmək lazımdır. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Bir gün ərzində orqanizmi boşaltmaq kifayət qədər çətindir, burada qidalanmanın daimi sistemini daha əhəmiyyətli qaydaya salmaq vacibdir, diyetoloq Yelena Qaranina söyləyib.
"Bununla yanaşı bir gün ərzində də öz orqanizminizə, daha dəqiq isə, özünə düzgün qidalanmaq nə deməkdir anlayışını vermək olar. Bu halda qidada böyük fasilələrə yol verməmək vacibdir - onlar üç saatdan çox olmamalıdır. Yeməyin əsas hissəsini - təxminən 70% - orqanizmin sayıq qaldığı günün birinci yarısında yemək, qalan hissəni isə kiçik nahara və yüngül şam yeməyinə bölmək lazımdır", - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, axşam vaxtları az yemək daha yaxşı olardı. Orqanizmin şəfəqdən saat 16-17-yə qədər olan ayıqlıq ritmləri vaxtında doymaq lazımdır. Orqanizm axşamlar yeməyə ehtiyac hiss etmir, biz isə onu doymağa məcbur edirik. Bu da ondan irəli gəlir ki, müasir insanlar işdən sonra sıx şam etməyə öyrəşib və səhər yeməyinə yalnız qəhvə ilə kifayətlənirlər.