Lavrov və Kerri Suriyadakı vəziyyəti telefon danışığı zamanı müzakirə ediblər
- 02.06.2013, 19:49,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriyadakı vəziyyəti telefon danışığı zamanı müzakirə ediblər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Suriya ilə bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransa dair fikir mübadiləsi aparıblar.
Məlumatda deyilir ki, ikitərəfli siyasi əlaqələrin müxtəlif formatda inkişaf etdirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, telefon danışığı Vaşinqtonun təşəbbüsü əsasında baş tutub.