Bakıda 25 yaşlı oğlan qətlə yetirilib
- 30.06.2015, 15:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə olması müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.