MTRŞ “Space”in efirində baş verənləri araşdıracaq

MTRŞ “Space”in efirində baş verənləri araşdıracaq ““Space” televiziyasında yayımlanan “Günaydın” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

T. Məmmədov bildirib ki, “Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: “Düzdür söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. “Space”dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.

Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

_________

Space-də yayımlanan “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb.

Verilişin qonağı olan yazarla müğənni Mətanət Əsədova arasında dava düşüb. Əziz adlı qonaq sənətçinin geyiminə irad bildirib və bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib:

“Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur”.

Ardınca Əsədova ayağa qalxaraq qonağın üzərinə gedib. Bu addım tərəflər arasındakı söz atışmasını bir qədər də qızışdırıb. Əsədovanın “mən müğənniyəm, bəs sən kimsən?” sualına qonaq belə cavab verib:

“Mən aliməm, sən q..bəsən”.

Amma sonda tərəfləri barışdırmaq mümkün olub.

Live.Az həmin görüntüləri təqdim edir:

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri