İndoneziyada təyyarənin hotel üzərinə düşməsi nəticəsində 113 nəfər ölüb
- 30.06.2015, 19:00,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İndoneziyada hotel üzərinə düşən Hercules C-130 hərbi yük təyyarəsinin göyərtəsində 113 nəfər olub.
APA-nın i24 news-a istinadən verdiyi məlumata görə, onlardan 101 sərnişin və 12 nəfər ekipaj üzvü olub.
İndoneziya Hərbi-Hava Qüvvələrinin komandanı Aqus Supriatna bildirib ki, onların hamısının öldüyü güman edilir. Onun sözlərinə görə, artıq 49 nəfərin meyiti tapılıb.
Qəza qurbanlarının sayının artacağı istisna olunmur.
*** 14.08
İndoneziyanın Medan şəhərində ABŞ istehsalı olan “Hercules C-130” hərbi təyyarəsinin hotelin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Medana Eko Triandi xəstəxanasının xilasedici qrupunun üzvü bildirib ki, biri uşaq olmaqla 38 nəfərin cəsədi tapılıb, daha bir neçə nəfərin cəsədi dağıntılar altında qalır.
***
İndoneziyanın Medan şəhərində ABŞ istehsalı olan “Hercules C-130” hərbi təyyarəsi hotelin üzərinə düşüb. Nəticədə azı 30 nəfər həlak olub.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, həlak olanların sayının artacağı istisna olunmur.
Məlum olub ki, təyyarə İndoneziyanın Medan hərbi bazasından Natuna adasına gedirmiş. Hotel işçilərinin sözlərinə görə, təyyarə otelin binası üzərində partlayıb. Təyyarənin qalıqları iki yaşayış evi və elektrik xətlərinə ziyan vurub.
Qəzaya uğrayan zaman təyyarənin göyərtəsində 12 heyət üzvü, eləcə də sərnişinlər olub.