Abşeron rayonunda xəstəxananın doğum şöbəsində ölüm faktı qeydə alınıb
- 03.06.2013, 00:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Abşeron rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, iyunun 1-də günorta saatlarında doğum şöbəsinə daxil olan 23 yaşlı hamilə qadın bu gün günorta qanaxma nəticəsində dünyasını dəyişib.
Xəbərə görə, xəstəxananın şöbə müdiri Nailə Əzizovanın xəstəsi olan gənc qadın uşaqlığının partlaması nəticəsində ölüb.
Hazırda hadisə yerində olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.