Elxan Məmmədov UEFA-da komitə üzvü seçilib

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

APA-nın məlumatına görə, bu gün həm də İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.

Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri