Yunanıstan hökuməti kreditorların şərtlərini kiçik istisnalarla qəbul etməyə hazır olduğunu bildirib

Yunanıstanın baş naziri Aleksis Tsipras bu ölkəyə dəstək proqramının uzadılması ilə bağlı kreditorların bütün şərtlərini kiçik istisnalarla qəbul etməyə hazır olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə Britaniyanın nüfuzlu “The Financial Times” qəzeti məlumat yayıb.


Qəzet A. Tsiprasın ötən gecə kreditorlar – Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna göndərdiyi məktubu əldə edib. Müxbir Piter Şpigel məktubun skaner variantını öz “Twitter” səhifəsində yerləşdirib.

Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir.
Şərhlər
Dünya bölməsinin xəbərləri