Nazirlik: Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilmə tarixi hələ məlum deyil
- 01.07.2015, 19:37,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Tbilisi-Qars dəmiryolu magistralının istismara verilməsi tarixi hələ dəqiq məlum deyil. Bunu Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars magistralının tikintisi haqqında sazişlə bağlı bir sıra problemlər mövcuddur: "Bu problemlər barədə hələ məlumat verə bilmərik".
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda layihənin reallaşdırılmasının 2015-ci ildə başa çatacağı bildirilirdi.