Göyçayda maşın elektrik dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb
- 03.06.2013, 00:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 18:30 radələrində Göyçayın Çərəkə kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1995-cı il təvəllüdlü Şirinli Soltan Elçin oğlu atası, I qrup Qarabağ müharibəsi əlili Şirinov Elçin Kamil oğluna məxsus 19-BE-808 dövlət nömrə nişanlı “OKA” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yolun kənarındakı elektrik dirəyinə çırpıb. Hadisə nəticəsində elektrik dirəkləri aşıb və naqillər qırılıb, kəndə elektrikin verilişində fasilə yaranıb.
Hadisə nəticəsində Soltan Şirinli ilə yanaşı, sərnişinlər-1996-cı il təvəllüdlü Məmmədov Bilal Zahir oğlu və İsmayılov Qismət Elbrus oğlu, 1995-ci il təvəllüdlü Xəlilov Nurlan Ətraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.