Barak Obama ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpa olunduğunu elan edib
- 02.07.2015, 01:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Barak Obama ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpa olunduğunu elan edib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Obama xüsusi müraciətlə çıxışı zamanı bildirib.
“ABŞ 52 il bundan əvvəl “soyuq müharibə”nin qızğın vaxtında Havanadakı səfirliyini bağladı. Bu gün mən elan edə bilərəm ki, ABŞ Kuba Respublikası ilə diplomatik münasibətləri formal bərpa etməyə və ölkələrimizdə səfirliklərin açılması ilə razılaşıb”, deyə Obama bildirib.