Böyük Britaniya parlamentariləri Gəncə və Göygöldə məcburi köçkünlərlə görüşüblər
- 03.06.2013, 01:19,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentariləri Gəncədə məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
APA-nın məlumatına görə, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristofer Pinçer, parlamentarlar Mark Menzes, Aqnus Maknil, Lordlar palatasının üzvü Lord Adiktın əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.
Qonaqlara Gəncənin tarixi barədə ətraflı məlumata verilib. İcra başçısı şəhərin 4 min ildən artıq yaşı olduğunu və bu istiqamətdə tədqiqatların aparıldığı da diqqətə çatdırıb. O deyib ki, Gəncə qədim şəhər olduğu uçun burada tarixi abidələrin qorunmasına da xüsusi diqqət yetirilir.
İcra başçısı hazırda 501 tarixi abidənin qorunduğunu deyib. Görüşdə şəhərin iqtisadi potensialı və həyata keçirilən infrastruktur layihələr barədə də danışılıb. Qonaqlara bildirlib ki, Gəncədə bir neçə emal müəssisəsi var. Yaxınlarda yeni, istehsal gücü 1 milyon 200 min ton olan, dəyəri 1 milyard svroluq yeni metallurgiya kompleksinin yaradılmasına başlanılacaq.
Elmar Vəliyev Fransa və Almaniyadan olan müxtəlif şirkətlərlə də əməkdaşlıq edildiyini söyləyib.
Daha sonra qonaqlar Gəncədəki istehsal müəssisələri ilə tanış olublar.
Sonra Gəncədə məcburi köçkünlər üçün yaradılan şəhərciyə baş çəkən parlamentarlar burada aparılan tikinti işləri ilə maraqlanıblar.
Məcburi köçkünlərin yaşadıqları yataqxanalarda olan parlamentarilər onlarla görüşüblər. Qonaqlara bildirilib ki, Gəncədə 6 min məcburi köşkün ailəsi yaşayır. Onların 1500-ü təhsil ocaqlarının yataqxanalarında məskunlaşıb. Məcburi köçkünlər Böyük Britaniyadan olan parlamentarilərdən onların haqq səsinin dünyaya çatdırmağı, Dağlıq Qarabaö münaqişəsinə ikili standartlarla yanaşılmasına son qoyulmasını tələb etdiklərini bildiriblər. Britaniyadakı parlamentarlar Azərbaycanda gördükləri həqiqətləri öz ölkələrində təmsil etdikləri qurumlarda söyləyəcəklərini bildiriblər. Gəncədən sonra avropalı qonaqlar Göygöl rayonunda yaşayan məcburi köçkünlərə baş çəkiblər.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentarilər Bakıda da bir sıra görüşlər keçiriblər.