Azərbaycanda verilmiş e-sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

2015-cü ilin birinci yarısının yekunları üzrə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən (yeni doğulanların valideynlərinə) verilən elektron sağlamlıq kartlarının sayı ilin əvvəli ilə müqayisədə 13,5 faiz artıb. Bu barədə Trend-ə nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildiriblər.

Mərkəzin məlumatına görə, verilən kartların sayı 115 193 ədəd artaraq 970 687-yə çatıb.

Bundan əlavə, yanvar-iyun aylarında 2391 ədəd elektron kart dərman preparatlarının pulsuz əsasda paylandığı pasiyentlərə verilib. Bu kateqoriyadan olan pasiyentlərə verilən kartların sayı 69 759 ədədə çatıb.

28 668 ədəd kartı isə tibbi müayinədən keçən pasiyentlər alıblar ki, bu da ilin əvvəlinə olan göstəricidən 11,6 ədəd çoxdur. Bu kateqoriyadan olan pasiyentlərə ümumilikdə 275 980 kart verilib.

Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və pasiyentlərə təqdim edilir.
Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumatlar yer alır.

İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Bu günədək nazirliyin tabeliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.
Şərhlər
Sosial bölməsinin xəbərləri