“Dinamo” (Tbilisi) klubunun nümayəndəsi: “Azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir”
- 06.07.2015, 18:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“”Dinamo” ilə Azərbaycanın “Qəbələ” komandasının görüşü zamanı baş verən insidentdən təəssüflənirəm. Azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir. Düşünürəm ki, iyulun 9-da “Qəbələ” azarkeşləri bizi gülərüzlə qarşılayacaq və hər hansı insident baş verməyəcək”.
APA-nın məlumatına görə, bu sözləri “Dinamo” (Tbilisi) klubunun mətbuat xidmətinin rəhbəri Georgi Pirtsxeliani deyib. O xatırladıb ki, ötən il Gürcüstanın “Çixura” komandasının Türkiyənin “Bursaspor” və Bakının “Nefti” komandaları ilə oyunu zamanı da bənzər hadisələr baş vermişdi: “Hadisə ilə bağlı “Dinamo”nun rəhbərliyi bəyanat verib və bu hadisəni pisləyib. Hazırda Gürcüstan Daxili İşlər Nazirliyi ciddi araşdırma aparır. Nazirliyin bu barədə bəyanatı da gözlənilir”.
Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinin nümayəndəsi Eka Eloşvili isə hadisə barədə bir söz deyə bilməyəcəyini söyləyib: “Biz rəsmi məktub gözlədik, məhz buna görə sizə insidentlə bağlı açıqlama verə bilməyəcəyik. Bizə heç kim müraciət etməyib. Hadisədən xəbərdaram, mətbuatda gedən bütün xəbərləri izləmişəm. Yenə qeyd edirəm ki, biz rəsmi olaraq heç bir müraciət almamışıq və insidenti də təsdiq edə bilmərik. Mənim bildiklərin qeyri-rəsmi məlumatlardır”.
E. Eloşvili Gürcüstan baş nazirinin bu mövzuda bəyanatına da münasibət bildirib: “Bu, baş nazirin öz işidir”.
Gürcüstan Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Dimitri Qvaratsxeliya isə azərbaycanlı jurnalistlərlə söhbət zamanı nazirin işdə olmadığını və açıqlama verməyəcəyini deyib: “Bu insidentlə bağlı suallara Gürcüstan Futbol Federasiyası cavab verməlidir. Çünki onların vəzifəsi stadionda bütün təşkilatçılıq və təhlükəsizlik işlərini görməkdir. Mən baş verən insidentə təəssüfləndiyimi bildirirəm”.