Bakıda 21 yaşlı oğlan anasını qətlə yetirib
- 07.07.2015, 13:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl hadisəsi baş verib.
Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.
1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən S. Zöhrabov tutulub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.