Ceyms Uorlik: "Həmsədrlər Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə sadiq olduğumuzu bir daha eşitdilər”
- 07.07.2015, 18:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Vaşinqtonda görüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-ın Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə sadiq olduğunu bir daha eşitdilər”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri Vaşinqtonda səfərdədir.
Ötən gün Ceyms Uorlik onların Müdafiə Nazirliyi, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasında görüşlər keçirəcəyini bildirmişdi.