Gəncədə uşaq konfet hesab etdiyi çoxlu sayda dərman qəbul edərək zəhərlənib
- 03.06.2013, 15:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 7 yaşlı uşaq dərmandan zəhərlənib.
Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü N. Tağıyev ağır dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlər 7 yaşlı uşağı xilas ediblər. N. Tağıyevin valideyni L. Rəhimova həkimlərə bildirib ki, oğlu əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün ona dərman təyin edilib. Həkimin təyin etdiyi dərman şirin olduğundan uşaq dərmanı konfet bilərək eyni vaxtda 20 tabletka qəbul edib və zəhərlənib.
Hazırda onun səhhətinin normal olduğu bildirilir.